Nanomateriallar, nanotexnologiyalar, ümumiyyətlə, nanoelm dünyada iyirmi birinci əsrin strateji istiqaməti kimi müəyyənləşdiyindən – Universitetdə kimya, fizika, tətbiqi riyaziyyat və kibernetika, bilologiya fakültələrində bu sahədə aparılan elmi tədqiqatların əlaqələndirilməsi, intensivləşdirilməsi və genişləndirilməsi məqsədi ilə Nanoaraşdırma Mərkəzi yaradılmışdır.
Mərkəzin əsas vəzifələrindən biri də Universitetin Rumıniyanın Konstansa Universiteti və Buxarest Lazer, Plazma və Radiasiya Fizikası Milli İnstitutu arasında nanotexnologiyalar, nanomateriallar üzrə bağlanmış üçtərəfli sazişin həyata keçirilməsidir.
