Search

Axtarış

Nanomateriallar, nanotexnologiyalar, ümumiyyətlə, nanoelm dünyada iyirmi birinci əsrin strateji istiqaməti kimi müəyyənləşdiyindən – Universitetdə kimya, fizika, tətbiqi riyaziyyat və kibernetika, bilologiya fakültələrində bu sahədə aparılan elmi tədqiqatların əlaqələndirilməsi, intensivləşdirilməsi və genişləndirilməsi məqsədi ilə Nanoaraşdırma Mərkəzi yaradılmışdır.

Mərkəzin əsas vəzifələrindən biri də bu sahədə Universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsidir. Mərkəz Ukrayna Elm və Texnologiya Mərkəzi və Avropa Birliyinin COST proqramının maliyyələşdirdiyi layihələrdə iştirak edir.

Hal-hazırda Mərkəz geniş beynəlxalq əlaqələrə malikdir. O, nanomateriallar və nanotexnologiyalar sahəsində Türküyənin Ortadoğu Texniki Universiteti, ABŞ-ın Masaçusets(Amherst), Rumıniyanın Ovidus Universiteti(Konstanta), Lazer, Plazma və Radiasiya İnstitutu(Buxarest), Rusiya EA-nın Ümumi Fizika və Kristallografiya İnstitutları, Finlandiyanın Helsinki Universiteti ilə əməkdaşlıq edir.

----------------------------------------------------------------------------------------------


Bookmark and Share